Gəncədə tanınmış həkim qəfil dünyasını dəyişdi

  • By Günel
  • 10 Mart 2025 21:18

Uzun müddət Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsində çalışmış Namiq Nəbiyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, həkim-terapevt N.Nəbiyev yaşadığı evdə anidən dünyasını dəyişib.

69 yaşlı həkimin ürək çatışmazlığından öldüyü ehtimal edilir.

Qeyd edək, N.Nəbiyev Gəncədə tanınmış həkimlərdən olub.

Gununsesi.info