Trampın gözündə olan Qrenlandiyada seçki: - 57 min insan səs verəcək

  • By Admin2
  • 10 Mart 2025 16:29

ABŞ prezidenti Donald Trampın “bu və ya digər şəkildə Qrenlandiyanı alacağıq” sözlərindən sonra diqqətlər sabah adada keçiriləcək ümumi seçkilərə yönəlib. Bəs cəmi 57 000 əhalisi olan Qrenlandiya ABŞ üçün niyə vacibdir? Danimarkanın muxtar bölgəsi olan ada xalqı öz kursunu müstəqilliyə, yoxsa ABŞ-a çevirəcək?

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “Qrenlandiyaya sahib çıxacağıq” sözünün ardınca adada keçiriləcək ümumi seçkilər tarixdə ilk dəfə olaraq dünyanın gündəminə gəlib.

600 ildən artıqdır Danimarka Krallığının tərkibində olan Qrenlandiya Danimarkanın yarı muxtar xaricdəki ərazisidir. Danimarka konstitusiyasına görə, referendum yolu ilə müstəqillik elan etmək hüququ da var.

Öz parlamenti olsa da, xarici siyasət, pul siyasəti və müdafiə kimi strateji qərarlar Danimarkanın nəzarəti altındadır. ABŞ ordusu Qrenlandiyanın şimal-qərbindəki Pituffik hərbi bazasında daimi qoşun saxlayır. Vaşinqton administrasiyası adada hərbi mövcudluğunu artırmaq istəyir.

Qeyd edək ki, ABŞ Prezidenti Trampın Konqresin birgə iclasındakı son bəyanatına “Biz Qrenlandiyanı bu və ya digər şəkildə ələ keçirəcəyik” ifadəsinə cavab olaraq Qrenlandiyanın Baş naziri Mute Egede sosial mediada “Biz satılık deyilik, Qrenlandiya bizimdir” deyə cavab verib.

Qrenlandiya parlamentinin cəmi 31 üzvü var, onlardan ikisi hakim koalisiyadakı altı siyasi partiyadan seçilir.

Sorğulara görə, hakim İnuit Ataqatigiit partiyası ilə müstəqillik referendumu vəd edən Simiut partiyasının koalisiyada qalması ehtimalı yüksəkdir.

Orxan

Gununsesi.info