Fueqo vulkanı püskürür, 30 min insan təxliyə olunur

  • By Admin2
  • 11 Mart 2025 11:45

Mərkəzi Amerika ölkəsi Qvatemalada 3763 metr yüksəklikdə yerləşən Fueqo vulkanında püskürmə baş verib. Ən azı 300 ailənin evlərindən təxliyə edildiyi, 30 min insanın isə köçürülmə təhlükəsi ilə üzləşdiyi bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, indiyə qədər heç bir can itkisinin olmadığı bildirilsə də, bir çox məktəbdə təhsilin dayandırıldığı və riskli yolların ehtiyat tədbiri olaraq nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı bildirilib.

Qeyd edək ki, İspan dilində “atəş” mənasını verən və dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Fueqo vulkanı sonuncu dəfə 2018-ci ildə böyük püskürmə yaşayıb və 215 nəfər həlak olub.

Orxan

Gununsesi.info