Qəzzada bir gündə ölənlərin sayı 78-ə çatdı

  • By Günel
  • 26 Aprel 2025 09:02

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 78 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son gündə azı 168 yaralı anklavdakı xəstəxanalara aparılıb, lakin bombardmanlar zamanı binaların dağıntıları altında çoxlu sayda fələstinli qalıb.

Gununsesi.info