Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto

  • By Admin2
  • 26 Aprel 2025 10:33

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.