
Çexiyanın Litomerjits şəhərinin hakimiyyəti “Sovet Ordusunun şərəf və şöhrəti” abidəsini sökmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, məlumatı Çex Radiosu yayıb.
Abidə şəhərin mərkəzi hissəsində, İraskov bağlarında yerləşir.
Məlumatda deyilir ki, “Sovet Ordusunun şərəf və şöhrət” abidəsi iyunun 19-dək söküləcək. Şəhər şurasının üzvləri bu qərarı ötən həftənin sonunda veriblər”.
Şəhər merinin müavini İrji Adamekin sözlərinə görə, abidə böyük ehtimalla keçmiş kazarmaların ərazisində yerləşdiriləcək. 2025-ci ilin ikinci yarısında şəhərdə müsabiqə keçiriləcək, iştirakçılar həmin yerdə qoyulacaq abidə ilə bağlı öz təkliflərini verməlidirlər.