Meksikada ilk dəfə qadın prezident seçilə bilər

  • By Sənan
  • 03 İyun 2024 09:39

Meksikada iyunun 2-də keçirilən prezident seçkisindən sonra bülletenlərin emalı davam edir.

Gununsesi.info -nun verdiyi xəbərə görə, Hökumət tərəfdarı “Birlikdə tarixi yaratmağa davam edək” koalisiyasından namizəd Klaudiya Şeynbaum Meksika prezident seçkisində bülletenlərin 10%-nin sayılmasından sonra təxminən 58% səs toplayaraq liderdir.

Nəticələr Milli Seçki İnstitutunun “YouTube” kanalında yayımlanır.

Şeynbaumun əsas rəqibi “Meksika üçün Güc və Ürək” müxalif ittifaqından Soçitl Qalves səslərin 29,6%-ni toplayıb. Üçüncü yerdə “Vətəndaş Hərəkatı”ndan Xorxe Alvares Maynes 10% seçici səsi ilə qərarlaşıb.

Meksika Seçki Komissiyasının ilkin məlumatlarına görə, seçkidə iştirak 58,8%-dən çox olub.

Şeynbaum seçiləcəyi təqdirdə Meksikanın ilk qadın prezidenti ola bilər.

Gununsesi.info