
Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı müşayiət edən patrul avtomobili qəza törədib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Avtomobil başqa bir avtomobillə toqquşub. Bildirilir ki, qəza zamanı xəsarət alan olmayıb, yalnız nəqliyyat vasitələrinə ziyan dəyib.
Məlumat ilk olaraq sosial şəbəkələrdə yayılıb. Qafan ərazisində baş verən qəza barədə polis əməkdaşlarının məlumat yaymaması sakinlər tərəfindən tənqidlə qarşılanıb. Hadisə şahidlərinin sözlərinə görə, Anna Akopyanın avtomobilini müşayiət edən patrul avtomobili qəza törədib, lakin Anna Akopyan hadisə ilə maraqlanmadan ötüb keçib.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bu xəbərin işıqlandırılmamasını isə belə əsaslandırıb:
“Ziyan yalnız maddi idi, spekulyasiyadan çəkinməyə çağırırıq. Yalnız maddi ziyan olan qəzalar barədə DİN məlumat paylaşmır”.