Mayor rəis təyin olundu

  • By Günel
  • 11 Aprel 2025 19:52

Gəncə şəhər 25 nömrəli Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.

Gununsesi.info xəbər verir ki, fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydarovun əmri ilə bu vəzifəyə mayor Vüsal Əsgərov təyin edilib.

O, bunədək sözügedən qurumda rəis müavini vəzifəsində çalışıb.

Gununsesi.info