
Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Gədəbəy rayonunun Şınıx kəndində qeydə alınıb.
Sürücü 22 yaşlı Yadigar Qarayev idarə etdiyi avtomobilini aşırıb. Hadisə nəticəsində Y. Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanılıb.