Rusiya təyyarəsi sərt eniş edib, yaralananlar var

  • By Günel
  • 31 Avqust 2024 15:18

Rusiyanın An-2 təyyarəsi Şimali Osetiyanın Vladiqafqaz şəhərində sərt eniş edib.

Gununsesi.info -nun Rusiya bürosu xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, təyyarədə 2-si uşaq olmaqla 15 nəfər olub. Hazırda 8 nəfərin yaralandığı məlumdur.

 

Gununsesi.info