Zaxarova Vaşinqtonun yeni sanksiyalarına münasibət bildirib

  • By ilhame
  • 12 İyun 2024 19:02

ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq.

 

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a Vaşinqtonun Rusiyaya tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib.

 

“Həmişə olduğu kimi, Rusiya ABŞ-ın aqressiv hərəkətlərini cavabsız qoymayacaq”, – o deyib.

 

Qeyd edək ki, ABŞ Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

Gununsesi.info