Niyaməddin Orduxanlının qardaşı Muradxan Orduxanlı vəfat edib

  • By Admin2
  • 26 İyun 2025 16:04

ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlının qardaşı Muradxan Orduxanlı vəfat edib.

Gununsesi.info xəbər verir ki, onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi deyilir.

Muradxan Orduxanlı Birinci Qarabağ müharibəsi qazisi olub. O, 1992-ci ildə Ağdərənin azad edilməsində və başqa hərbi əməliyyatlarda fəal iştirak edib.

Qeyd edək ki, mərhumun 3-7 mərasimi iyul ayının 1-də Mehdiabad qəsəbəsində yerləşən “Məkan” mərasim evində keçiriləcək.

Allah rəhmət eləsin.

Gununsesi.info