Ukrayna ilə danışıqların üçüncü raundunun vaxtı… - Peskov

  • By Admin2
  • 26 İyun 2025 17:14

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun tarixi əsir mübadiləsi başa çatdıqdan sonra açıqlanacaq.

Gununsesi.info xəbər verir ki, bunu Krelin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının ikinci raundu zamanı əldə olunmuş humanitar razılaşmaları həyata keçiririk. Razılaşdırılmış bütün prosedurlar tamamlandıqdan sonra üçüncü raund üçün tarixləri müəyyən etmək vaxtı gələcək”, – Peskov bildirib.

Gununsesi.info