Çimərliklərdə hava necə olacaq?

  • By Admin2
  • 26 İyun 2025 16:23

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iyunun 27-də cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Şimal çimərliklərində dəniz suyunun temperaturu (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Gununsesi.info