
NATO-nun istefaya göndərilən baş naziri Mark Rutte NATO-nun yeni baş katibi olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə“Politico” məlumat yayıb.
“Hərbi blokun bütün 32 üzvü Niderlandın istefa verən baş nazirinin NATO-nun hazırkı rəhbəri Yens Stoltenberqi əvəzləyəcəyi barədə razılığa gəldikdən sonra Mark Rutte Şimali Atlantika Alyansının növbəti baş katibi olacaq” – deyə nəşr yazır.
Bildirilib ki, Rutte alyansın rəhbərliyini kritik anda təhvil alacaq.
Məlumata görə, onun oktyabrın 2-də, ABŞ prezident seçkilərinə bir ay qalmış işə başlayacağı gözlənilir ki, bu da hərbi blokun taleyinə potensial təsir göstərə bilər.
Bundan əvvəl Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini geri götürüb.
Gununsesi.info