İvanovun həbs müddəti uzadılıb

  • By ilhame
  • 20 İyun 2024 19:06

Moskvanın Basman məhkəməsi Rusiyanın müdafiə nazirinin müavini Timur İvanovun rüşvət işi üzrə həbs müddətini 3 ay uzadıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin teleqram kanalı məlumat yayıb.

 

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi.

 

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

Gununsesi.info