Stoltenberqin xələfi o olacaq

  • By ilhame
  • 20 İyun 2024 19:53

NATO-ya üzv olan bütün ölkələr Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.

 

Gununsesi.info xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

 

Məlumat üçün deyək ki, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq.

 

Qeyd edək ki, NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.

 

Xatırladaq ki, 2014-cü il oktyabrın 1-dən bu vəzifəni Yens Stoltenberq icra edir.

Gununsesi.info