Kəlbəcərdə minik avtomobili aşdı: dörd nəfər yaralandı

  • By Günel
  • 26 İyun 2025 20:32

Kəlbəcərdə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qozlu körpü deyilən ərazisində qeydə alınıb.

İdarəetməni itirən “Lexsus” markalı avtomobilin aşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info