
“Müharibəni dayandırmaq və real sülh naminə Rusiyaya qarşı sanksiya təzyiqi maksimum dərəcəyə qaldırılmalıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı bildirib ki, ayrı-ayrı ölkələr və beynəlxalq qurumların tətbiq etdikləri sanksiyaların sinxronlaşdırılması təmin olunmalıdır.