Vətəndaşlardan xəsarət alan yoxdur - DİN

  • By Günel
  • 27 İyun 2025 00:14

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Gununsesi.info -ya bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, – rəsmi məlumatda vurğulanıb.

Gununsesi.info