Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarına dəstək verən bəndi bloklayıb

  • By Günel
  • 26 İyun 2025 22:55

Macarıstan Avropa İttifaqı (Aİ) sammitində Ukrayna ilə bağlı yekun bəyanatın qəbul edilməsinə mane olub.

Gununsesi.info xəbər verir ki, bu, Avropa Şurasının Ukrayna ilə bağlı müzakirələrdən sonra yaydığı məlumatda və sammitin yekun sənədinin layihəsində qeyd olunub.

Bəyanatda Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarının başlanmasına dəstək verən bənd Macarıstan tərəfindən bloklanıb.

Yekun bəyanat layihəsini Aİ-nin 27 ölkəsindən 26-sı qəti şəkildə dəstəkləyib. Avropa Şurası oktyabrda keçiriləcək növbəti iclasında bu mövzuya qayıdacaq.

Macarıstan əvvəllər xəbərdarlıq etmişdi ki, Ukraynanın İttifaqa qoşulmasını heç bir halda dəstəkləməyəcək.

Gununsesi.info