
Qırğızıstanda parlament dövlət dilinin tətbiqi haqqında qanunu qəbul edib.
Gununsesi.info xəbər verir ki, yeni qanuna görə, qırğız dilini bilməyənlər parlamentin üzvü seçilə bilməz.
Həmçinin hüquq-mühafizə, məhkəmə, ədliyyə sistemində, bankda çalışa bilməz, hökumət kabinetində təmsil oluna bilməz.
Artıq məktəblərdə qırğız dilindən yazılı və şifahi imtahan vermək məcburi olacaq. Televiziya, radiolarda məzmunun 60 faizdən çoxu da qırğız dilində olacaq.
Eyni zamanda bütün elan və reklamlar qırğızca böyük şriftlərlə yazılacaq, daha sonra rus dilində.
Qeyd edək ki, Qırğızıstanda rus dilinin rəsmi statusu var və əksəriyyət bu dildə danışır.