SON DƏQİQƏ: BAKIDA PARTLAYIŞ SƏSİ - YENİLƏNİB - VİDEO

  • By Günel
  • 26 İyun 2025 23:23

Bu dəqiqələrdə Bakı şəhərində partlayış səsi eşidilib.

Gununsesi.info -nun xəbərinə görə, şəhərin müxtəlif yerlərində yaşayan ayrı-ayrı şəxslər bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Partlayışdan sonra Yasamal rayonu ərazisində tüstü müşahidə edilib.

Bildirilib ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

***

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlər həqiqətəuyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.

***

Bakıda güclü partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində qeydə alınıb.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Qeyd edilib ki, “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətəuyğun deyil.

***

FHN partlayışla bağlı növbəti açıqlama yayıb.

Qeyd olunub ki,  görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

***

FHN-in son məlumatına görə, yanğın qısa müddətdə söndürülüb.