Şahzadə Diananın geyim kolleksiyası hərraca çıxarıldı - FOTO

  • By Günel
  • 27 İyun 2025 08:07

ABŞ-nin Los-Anceles şəhərində şahzadə Diananın əşyaları və geyim kolleksiyası hərraca çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Times” qəzeti yazır.

Hərraca 327 lot, o cümlədən şahzadənin şəxsi əşyaları, açıqcalar və qeydlər, həmçinin Kraliça II Yelizaveta və Britaniya kral ailəsinin digər üzvləri ilə bağlı əşyalar çıxarılıb.