
Rusiya Prezidenti Vladimir Putin Belarusa iki günlük səfərə gedib.
Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, dövlət başçısının təyyarəsi Minsk hava limanına enib.
Rusiya liderinin Belarus paytaxtında gərgin qrafiki var. O, tezliklə Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək, iyunun 27-də isə Ali Avrasiya İqtisadi Şurasının iclasları başlayacaq.
Qeyd edilib ki, Putin Minskdə keçiriləcək tədbirlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Kuba, Özbəkistan prezidentləri, həmçinin Monqolustan və BƏƏ rəhbərliyinin nümayəndələri ilə görüşəcək.