FHN-in İdarəsi 827 min manata xidməti avtomobillər alacaq

  • By Günel
  • 27 İyun 2025 14:24

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin SOCAR Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi 13 ədəd xidməti minik avtomobillərinin alınmasına 827 min 439 manat vəsait xərcləyəcək.

Gununsesi.info xəbər verir ki, qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 21-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Gununsesi.info