Azərbaycan ilə Çin arasında saziş imzalanıb

  • By Günel
  • 27 İyun 2025 12:54

Azərbaycanla Çin arasında saziş imzalanıb.

Gununsesi.info xəbər verir ki, Ningbo şəhərinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Energy Engineering Corporation Limited” (CEEC) şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşüb.

Görüşdə Energetika Nazirliyi ilə CEEC arasında cari ilin iyun ayında imzalanmış enerji sahəsində Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Fəaliyyət Planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Şirkətlə əməkdaşlıq gündəliyinə Azərbaycanda elektrik enerjisi planlaşdırılması və şəbəkə araşdırmaları, Birgə Yaşıl Enerji Tədqiqat Mərkəzinin yaradılması, su, günəş və dənizdə külək elektrik stansiyası layihələri, həmçinin “yaşıl enerji” interkonnektorlarının inkişafı üzrə təşəbbüslər daxildir. Müzakirələr zamanı bu layihələrin hər biri üzrə irəliləyişlər və planlaşdırılan addımlar nəzərdən keçirilib.

 

Gununsesi.info