
İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”a qarşı əməliyyat keçirib.
Gununsesi.info İsrail ordusuna istinadən xəbər verir ki, Hizbullahın Livanın cənubunda, Bofor Ric bölgəsində yerləşən yeraltı infrastrukturu hədəfə alınıb. Bildirilib ki, silahlı təşkilatın yeraltı təsisatları məhv edilib və öz hərbi gücünü rehabilitasiya etmək cəhdlərinin qarşısı alınıb.