
28 May – Azərbaycan Xalq Cumhuriyyətinin yaranması günü ölkəmizlə yanaşı, başqa ölkələrdə də yüksək səviyyədə qeyd olunur.
Gununsesi.info – nun xəbərinə görə, Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı, Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun təlimatı ilə adıçəkilən şirkətin inzibati binasında böyük Azərbaycan bayrağı asılıb.
Bu barədə Gununsesi.info– ya Palmali Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva bildirib. Onun sözlərinə görə, Palmali ailəsi hər il bu ənənəyə sadiq qalır.
Sənan Qurbanlı