Deputatdan həmyerlilərinə şad xəbər - 14 İYUNDAN ETİBARƏN…

  • By ilhame
  • 10 İyun 2024 19:15

14 iyun tarixindən başlayaraq hər gün səhər saatlarında Gəncədən Bakıya sürət qatarı hərəkət edəcək. 

Gununsesi.info bildirir ki, bu barədə Gəncədən seçilən deputat Naqif Həmzəyev sosial şəbəkə hesabında yazıb.

Bu münasibətlə bütün Gəncəliləri ürəkdən təbrik edirəm. Əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm!

Tezliklə Gəncədən Xankəndinə qatarla səyahət etmək bizlərə nəsib olacaq”, – deyə deputat vurğulayıb.

Xatırladaq ki, bugünə qədər səhər saatlarında ancaq Bakı-Gəncə reysi olub. Gəncədən isə Bakıda sürət qatarı axşam saatlarında var.

Naqif Həmzəyev dəfələrlə parlamentdə bu barədə çıxış edərək, Gəncədən də səhər saatlarında Bakıya sürət qatarının olmasını təklif edib.

Gununsesi.info