Mətbuat Şurası və Neft Fondu jurnalistlər üçün birgə müsabiqə elan etdi

Gununsesi.info xəbər verir ki, müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:

Təbii sərvətlərdən əldə edilən gəlirlərin effektiv idarə edilməsinin makroiqtisadi inkişafa təsiri;

Ölkənin suveren fondu olaraq ARDNF-nin investisiya fəaliyyətinin təkamülü və gələcəyə baxış;

ARNDF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına töhfəsi.
Mükafatlandırma
I yer – 1 nəfər – 1000 manat

II yer – 1 nəfər – 800 manat

III yer – 1 nəfər – 500 manat

Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat
Müsabiqə mükafatçılarının adları 29 iyul 2024-cü ilədək açıqlanacaqdır.
Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcəkdir:
Nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə;

Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;

Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

İfadə vasitələrinin zənginliyinə;

Oxucu üçün informasiyalılıq dərəcəsinə;

Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 22 iyun 2024-cü il tarixindən 20 iyul 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaqdır.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Qeyd 1: Yazıda “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd 2: Yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı media orqanında yayımlanmalıdır.

Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

müəllifin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;

şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

şəxsin əlaqə vasitələri – ev, iş telefonu və mobil telefonu;

müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi,

materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);

Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Təqdimat göndərişində yer almalıdır:

Müsabiqə yazısı (“Word” faylında, imzasız);

Müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);

Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;

Yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud “Word” faylında);

Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında).

Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 22 iyun 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixinədək saat 17.00-dək qəbul ediləcək.
Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) – Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.

Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı info@presscouncil.az elektron ünvanına göndərilməlidir.

Qeyd 3: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96; (+994 50) 242 09 91; (+994 55) 789 85 03.