Banqladeşdə torpaq sürüşməsi baş verib -Ölənlər var

Banqladeşin Koks Bazar bölgəsində Rohinca müsəlmanlarının yaşadığı düşərgələrdə musson yağışlarından sonra daşqınlar və torpaq sürüşmələri baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sel və torpaq sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib.

Qaçqınlara Yardım və Repatriasiya üzrə Komissar Mizanur Rəhman verdiyi açıqlamada səkkiz, doqquz, 10 və 14 saylı düşərgələrdəki kazarmaların sel suları və torpaq altında qaldığını bildirib.

İlkin məlumatlara görə, 9-u Rohinca müsəlmanı, biri Banqladeşli olmaqla 10 nəfər həyatını itirib. Düşərgədə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, əksəriyyəti Myanmadakı hərbi əməliyyatlardan qaçan bir milyondan çox Rohinca müsəlmanı Banqladeşin paytaxtı Dəkkədən təxminən 300 kilometr cənub-şərqdə yerləşən Koks Bazarda yaşayır.

 

 

İlhamə

Gununsesi.info