Oğuza dolu düşüb, meyvə ağaclarına və təsərrüfatlara ziyan dəyib

  • By ilhame
  • 21 İyun 2024 22:53

Oğuz rayonuna dolu düşüb.

 

Gununsesi.info-nun məlumatına görə, təbiət hadisəsi bu gün axşam saatlarında rayonun Xaçmaz kəndində müşahidə olunub.

 

On dəqiqədən artıq davam edən yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.

 

Hazırda Oğuz rayonunda leysan yağışı yağır.

Gununsesi.info