
İsrailin Qəzzada jurnalistlərin qaldığı çadıra hücumu nəticəsində ağır yaralanan jurnalist Əhməd Mənsur dünyasını dəyişib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, ötən gün İsrail ordusunun Xan Yunus şəhərində jurnalistlərin qaldığı çadıra hücumu zamanı yaralanan və bədənində ağır yanıqlar alan jurnalist Əhməd Mənsur dünyasını dəyişib.
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində jurnalistlərin qaldığı çadıra hücumu nəticəsində 1 jurnalist ölüb, 9-u jurnalist olmaqla 10 nəfər yaralanıb.
Fələstinli jurnalist Hilmi əl-Fəqavinin bombardmandan sonra çadırında yanaraq öldüyü bildirilib.
Əhməd Mənsurun ölümü ilə 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 211-ə yüksəlib.Qəzza
zolağında yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.
Orxan