Nigeriyada silahlı hücumlar: - 52 ölü

  • By Admin2
  • 07 Aprel 2025 15:45

Son günlər Nigeriyanın Plato əyalətində altı kənddə törədilən hücumlarda ən azı 52 nəfər ölüb, 2000-ə yaxın insan məcburi köçkün düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın şimalındakı Plato əyalətində son silahlı hücumlar nəticəsində ən azı 52 nəfər həlak olub, 2000-ə yaxın insan isə didərgin düşüb.

Ştatın Bokkos bölgəsindəki 6 kənddə törədilən hücumların səbəbi hələlik bəlli olmasa da, eyni bölgədə 100-dən çox insanın öldürüldüyü 2023-cü ilin dekabrından bu yana ən dəhşətli şiddət hadisəsi olduğu bildirilir.

Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NEMA) bildirib ki, zorakılığın miqyası həftə sonu aydın olub, 52 nəfərin öldüyü və 22 nəfərin xəstəxanaya yerləşdirildiyi təsdiqlənib. NEMA, bazar günü verdiyi açıqlamada, “silahlı şəxslərin vəhşi hücumlar həyata keçirdiyinə” işarə edərək, bunun çoxlu can və mal itkisinə səbəb olduğunu söylədi. “1820-dən çox insan məcburi köçkün olub. Köçkünlər üçün üç düşərgə yaradılıb”, – məlumatda deyilir.

Orxan

Gununsesi.info