ABŞ-də təyyarə uçuş-enmə zolağından çıxaraq suya çırpılıb, 5 nəfər xəsarət alıb

  • By Admin2
  • 08 Aprel 2025 12:13

ABŞ-ın Oreqon ştatında kiçik təyyarə uçuş-enmə zolağından çıxaraq suya çırpılıb. Təyyarədə olan 5 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Oreqon ştatında yerləşən Cənub-Qərbi Oreqon Regional Hava Limanı qəza ilə bağlı Facebook səhifəsindən açıqlama verib.

Açıqlamada, Oreqondan Yutaya getməyə hazırlaşan 2019-cu il model “HA-420” tipli təyyarənin səhər saatlarında hava limanının uçuş-enmə zolağından çıxaraq suya düşdüyü bildirilib.

Açıqlamada təyyarənin daha sonra sudan çıxarıldığı və qəzada yaralanan 5 nəfərin xəstəxanaya aparıldığı bildirilib.

Orxan

Gununsesi.info