
Zaman-zaman Azərbaycana mənfur düşmənlər tərəfindən hücumlar olub və qətliamlar törədilib.
Əlbəttə, hər bir hücum ayrı-ayrılıqda faciədir, ancaq insanlıq adına elə faciələr var ki, onları nə qədər ifadə edirsənsə et, yenə də alınmır. Heç nə bu yaraları dindirmir.
Belə faciələrdən biri də “Ağdaban faciəsi”-dir.
İnsanlıq tarixinin qara ləkəsi olan bu faciənin kədəri sözlə ifadə edilə bilməyəcək qədər böyük və dərindir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.
Bu azmış kimi, ermənilər mədəni irsi də məhv etməyi unutmayıb. Mədəni irsi məhv etmək üçün davam edən vandalizm siyasətinin davamı olaraq, burada da şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
İşğalçılar Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər.
Zamanında faciəyə hüquqi-siyasi qiymət verən Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Ağdaban faciəsi Xocalı, Xatın və Sonqimi soyqrımı siyasətinin dəhşətli təkrarı kimi xarakterizə edilir.
Bu günun ən əhəmiyyətli tərəfi ondan ibarətdir ki, artıq o faciələr törədilən yerlər də özümüzə qayıtdı.
Düzdür, heç nə bu yaranı soyuda bilməz, ancaq az da olsa təskinlik üçün yaxşıdır.
Torpaqlarımız işğaldan azad olunandan sonra həm Ağdabanlılar, həm də elə digər bölgələrdən olanlar İlham Əliyevə xüsusi təşəkkür etmişdilər ki, onların üçün ağrılı-acılı olan bu yerlərin qaytarılması bəşəri hadisədir.
Ağdaban sakini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanov da İlham Əliyevə məktub yazaraq, minnətdarlığını bildirmişdi.
Həmin məktubda deyilir: