ABŞ-də vitse-admiral işdən çıxarıldı

  • By Günel
  • 07 Aprel 2025 22:30

ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şoşana Çatfild işdən çıxarılıb.

Gununsesi.info “Röyters”ə istinadən xəbər verir ki, Çatfild eyni zamanda NATO-da yüksək vəzifə tutur.

Nəşr Tramp administrasiyasının bu addımını milli təhlükəsizlik sahəsində təmizləmələrlə bağlı olduğunu ehtimal edir.

Agentlik məlumatı üç mənbənin təsdiq etdiyini bildirir.

Gununsesi.info