Möcüzə körpə: Bacısının bətnini götürüb qız doğdu

  • By Admin2
  • 08 Aprel 2025 12:48

Bu, İngiltərədə bir ilk idi. Bacısının bətnindən transplantasiya edilən britaniyalı qadın sağlam qız uşağı dünyaya gətirib. Körpə qız İngiltərə mətbuatı tərəfindən “möcüzəli körpə” kimi qələmə verilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə uşaqlıq yolu olmadan doğulan 36 yaşlı Qreys Devidson uşaqlıq transplantasiyası sayəsində fevralın 27-də dünyaya gəlib.

Körpənin anası Qreys 2023-cü ildə bacısının rəhni transplantasiyasını aldı. Bu, o vaxt Britaniyada yeganə uğurlu uşaqlıq transplantasiyası idi.

Körpəyə bətnini bacısına bağışlayan 42 yaşlı iki uşaq anası Emi Purdinin adı verilib.

Emi bətnini bacısına bağışlamaq üçün səkkiz saatlıq əməliyyat keçirdi və bir həftəlik sağalmaya dözdü.

30-dan çox səhiyyə mütəxəssisindən ibarət komanda Aminin uşaqlığını çıxarmaq və onu Qreysə köçürmək üçün təxminən 17 saat çalışıb.

Altruist qadın bu prosesdən qətiyyən narahat olmadığını və hətta bacısına uşaq sahibi olmaq şansı verməyi “böyük imtiyaz” kimi gördüyünü bildirib.

Əslən Şotlandiyadan olan və Londonun şimalında yaşayan Qreys və Anqus transplantasiya edilmiş bətn vasitəsilə ikinci uşaq dünyaya gətirməyə ümid edirlər.

Orxan

Gununsesi.info