
Hindistanda ürəyində cərrahiyyə əməliyyatı keçirərkən 7 nəfər dünyasını dəyişdikdən sonra həbs edilən həkimin saxta tibb diplomu aldığı üzə çıxıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Madhya-Pradeş ştatında saxta həkim yanvar-fevral ayları arasında ürək əməliyyatı etdirdiyi 15 nəfərdən yeddisi vəfat etdikdən sonra həbs edilib.
Hindustan Times-ın məlumatına görə, əyalət polisi, başladılan istintaqla bağlı açıqlamasında, tələb olunan sənədləri təqdim etmədiyi və şübhəli olduğu üçün Narendra Con Camm kimi tanınan saxta həkimə qarşı şikayət edildiyini bildirib.
“Saxta həkim”in əsl adının Narendra Vikramaditya Yadav olduğunu bildirən polis bu şəxsi saxladıqlarını qeyd edib.
Polis Yadavın “saxta tibbi arayış və sənədləri hazırlamaqda və bu sənədlərdən başqalarına zərər vermək və ya aldatmaq üçün istifadə etməkdə” ittiham edildiyini bildirib.
Digər tərəfdən, Chhattisgarh əyalətinin keçmiş müşaviri Rajendra Prasad Şuklanın oğlu Pradeep Shukla atasının da 2006-cı ildə Yadav tərəfindən əməliyyat olunduğunu və daha sonra öldüyünü iddia edib.
Orxan