Yunan manşetlərində Trampın Ərdoğanı tərifləməsi: - Mən onu sevirəm, o da məni...

  • By Admin2
  • 08 Aprel 2025 11:06

Ağ Evdəki tənqidi görüş Yunanıstan mətbuatında geniş işıqlandırılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına tərif dolu ifadələr işlədib.

Bu xəbər Yunanıstanın aparıcı qəzetlərindən olan Kathimeri-nin saytında geniş yayılıb.

Xəbər bu açıqlamalarla başlayıb: “Mən onu sevirəm, o da məni sevir”.

Netanyahu isə rəsmi səfərdə olduğu Vaşinqtondan verdiyi açıqlamada Ankara ilə Təl-Əviv arasında münasibətlərin yaxşı səviyyədə olmadığını bildirib.

“Türkiyə ilə münasibətlərimiz pisləşib, Ankaranın Suriya ərazisindən İsrailə qarşı hücumlar təşkil etmək üçün baza kimi istifadə etməsini istəmirik”, – deyən Netanyahu, “Türkiyə ilə münaqişədən necə qaçınmağı müzakirə etdik və prezident Tramp bu məsələdə kömək edə bilər” deyib.

Kathimerinin hesabatında Netanyahunun F-35 çoxməqsədli döyüş təyyarələrinin Türkiyəyə satışına qarşı ABŞ dövlət katibi Marko Rubioya lobbiçilik etdiyi ilə bağlı detallar da yer alıb.

Middle East Eye saytı xəbər verir ki, İsrailin baş naziri son iki ayda Marko Rubio ilə görüşlərində qırıcı təyyarələr məsələsini gündəmə gətirir.

Kathimerini bu səfərin İsrailin Suriya daxilindəki hədəfləri, o cümlədən Türkiyəyə köçürülməsi planlaşdırılan Homsun şərqindəki T4 hava bazasını bombalamasından sonra olduğunu qeyd edib.

“Naftempoiriki” xəbər saytı da tənqidi görüşlə bağlı “ABŞ prezidenti Donald Tramp Vaşinqtonda səfərdə olan İsrail Baş naziri Binyamin Netanyahu ilə Oval Ofisdə verdiyi ortaq açıqlamada Türkiyə prezidenti Ərdoğanı təriflədi” ifadəsi ilə xəbər verib.

Hesabatda Trampın sözləri yer alırdı: “Xatırlayırsan ki, Türkiyədən vaiz qaytarmışdıq. Bu, çox böyük bir iş idi. Mən bunu Baş nazir Netanyahuya da söylədim. Türkiyə və liderlərin problem olmayacağını söylədim. Baxın, Ərdoğan güclü və ağıllı adamdır. Mən (İsrailli) baş nazirə dedim: Türkiyə ilə bir probleminiz varsa, həqiqətən bunu həll edə biləcəyimi düşünürəm”. 

Orxan

Gununsesi.info