
Meta şirkətinin rəhbəri Mark Zukerberq Ağ Evin yaxınlığında 23 milyon dollar dəyərində dəbdəbəli ev alıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən avtomobillə təxminən 15 dəqiqəlik məsafədə yerləşən malikanə həm də ABŞ-ninvitse-prezidenti J.D.Vansın rəsmi iqamətgahına piyada məsafədədir.
Sözçünün sözlərinə görə, Meta Amerika texnoloji liderliyi ilə bağlı siyasətlər üzərində işlədiyi üçün Zukerberq malikanədə daha çox vaxt keçirəcək.
15.400 kvadratmetrlik malikanə Amerikanın Politico jurnalında “Vaşinqton tarixində satılan üçüncü ən bahalı ev” kimi təsvir edilib.
Orxan