
Fələstinə dəstək verdiyi səbəbi ilə ABŞ-da saxlanılan doktorant Rümeysa Öztürklə bağlı işdə Federal Dairə Hakimi tərəflərdən məhkəmənin davam etdirilməsi üçün əlavə dəlillər təqdim etmələrini istəyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, martın 25-də Massaçusetsdə nəzarətə götürülərək Luiziana ştatına gətirilən Öztürklə bağlı işin ilk iclasında Vermont Bölgəsi Hakimi Sessions hər iki tərəfin müdafiəsini dinləyib.
Təxminən iki həftədir həbsdə saxlandığı Luizianadan Vermonta gətirilən Öztürk, həftə sonu Massaçu federal hakiminin verdiyi qərarın ardından oradakı ilk iclasda məhkəməyə çıxarılıb.
Hər iki tərəfin vəkillərini dinlədikdən sonra Federal Hakim Uilyam Seşns bu işin qeyri-adi məzmun daşıdığını bildirdi və tərəflərə daha çox sənəd və məlumat toplamağı tövsiyə etdi.
İclasda telefonla iştirak edən Öztürkün vəkili Rəmzi Kasım müvəkkilinin qaçması və ya cəmiyyətə zərər vurması riskinin olmadığını əsas gətirərək, onun həbs olunmadan mühakimə olunmasını istəyib.
Orxan