
Almaniyada məşhur restoranlar şəbəkəsinin varisinin Danimarkada iki uşağını atasından qaçırmaq üçün özəl mühafizə şirkəti ilə əməkdaşlıq etdiyi üzə çıxıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın məşhur Block House steakhouse şəbəkəsinin varisi Kristina Blokun iki il əvvəl iki uşağının qaçırılması ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Alman mətbuatında yer alan xəbərlərə görə, Block uşaqlarını atalarından almaq üçün özəl bir təhlükəsizlik firması ilə müqavilə bağlayıb.
Die Zeit qəzetinin məlumatına görə, uşaqların qəyyumluğu üçün tərəflər arasında davam edən döyüşdə məşhur restoranlar şəbəkəsinin varisi Danimarkadakı uşaqlarını atalarından qaçırmaq üçün İsrail agenti işə götürüb.
Müvafiq olaraq, Avropada 53 restoranı olan şəbəkənin varisi Block, keçmiş İsrail əsgəri David Barkay və təxminən 20 nəfərin idarə etdiyi özəl təhlükəsizlik şirkəti Cyber Cupula ilə müqavilə bağladı. Razılaşmada iki uşağın 2023-cü ildə Miladdan əvvəl Danimarkanın Qråsten şəhərindən qaçırılması nəzərdə tutulurdu.
Cütlük arasında sərt hüquqi döyüş başlayan iki uşağın Danimarkada atalarını ziyarət etdikdən sonra analarının yanına qayıtmaq istəmədikləri və cütlüyün 4 övladının anaları ilə yaşayacağı və həftə sonları atalarını görəcəyinə razılaşdıqları ifadə edildi. Lakin vaxt keçdikcə iki kiçik uşaq hakimə analarının onlara qarşı zorakılıq etdiyini və ataları ilə yaşamaq istədiklərini bildiriblər. Məhkəmə əvvəlcə Blokun əleyhinə qərar çıxarsa da, sonradan apelyasiya şikayəti əsasında bu qərar ləğv edilib. 2021-ci ildə ataları Stefan Henselə baş çəkən iki uşaq daha sonra Almaniyaya analarının yanına qayıtmaqdan imtina ediblər. Uşaqlar analarının onlara qarşı zorakılıq etdiyini iddia etsə də, Blok bu ittihamları rədd edib.
Orxan