Hüseyn Abdullayevin apellyasiya şikayətinə bu hakim baxacaq

  • By admin
  • 07 Aprel 2025 18:34

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin apellyasiya şikayətinə baxılacaq.

Gununsesi.info-nun xəbərinə görə, 15 apreldə keçiriləcək prosesə hakim İbrahim İbrahimlinin rəhbərlik etdiyi kollegiya baxacaq.

Qeyd edək ki, Hüseyn Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 10 il azadlıqdan məhrum edilib.

 

Günay

Gununsesi.info