Minaya düşərək həlak olan DSX hərbçisi dəfn edildi - VİDEO

  • By Günel
  • 07 Aprel 2025 20:03

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Gununsesi.info xəbər verir ki, onun nəşi anadan olduğu Lənkəran rayonuna aparılıb.

“Uşaq vaxtı özü üçün silah düzəldirdi. Arzusu hərbçi, şəhid olmaq idi. Axır ki, istəyinə çatdı”, – deyə mərhumun əmisi bildirib.

Əsgər Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılıb.

Gununsesi.info