Universitet müəllimi qəfil vəfat etdi

  • By Günel
  • 08 Aprel 2025 08:50

Azərbaycan Kooperasiya Universitetinin müəllimi vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə universitetin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, universitetin “Azərbaycan və xarici dillər” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Samirə İkram qızı Məmmədova dünyasını dəyişib.

Onun ölüm səbəbi bilinmir.

Gununsesi.info