21 gündə 500-dən çox fələstinli uşaq qətlə yetirilib

İsrail ordusunun atəşkəsi pozduqdan sonra, martın 18-dən etibarən Qəzzaya etdiyi hücumlarda 505 uşaq həyatını itirib, 1249 uşaq isə yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun hücumları ilə bağlı açıqlamasında məlumat verib.

Məlumata görə, 271 qadın və 86 yaşlı şəxsin həyatını itirib.

7 oktyabr 2023-dən bəri İsrailin hücumlarında 50 min 752 fələstinli ölüb, 115 min 475 nəfər yaralanıb.


Qeyd edək ki, yanvarın 19-da atəşkəs elan edildikdən sonra, martın 18-dən etibarən İsrail hücumlarını yenidən başlatdı. Hücumlar nəticəsində 1391 fələstinli ölüb, 3434 nəfər yaralanıb.

Şəbnəm

Gununsesi.info