Husilər Qırmızı dənizdə ABŞ-nin 2 hərbi gəmisini hədəfə alıblar

  • By Admin2
  • 08 Aprel 2025 10:12

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ-ın iki esmines tipli döyüş gəmisini raketlər və İHA-larla hədəfə aldıqlarını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər ABŞ hərbi gəmilərini hədəfə almaqda davam edir. Husilərin silahlı qanadının sözçüsü Yəhya Səri Qırmızı dənizdə ABŞ-a məxsus iki esmines tipli döyüş gəmisini raketlər və İHA-larla hədəfə aldıqlarını açıqlayıb. Saree həmçinin İsrailin Yaffa bölgəsinə pilotsuz təyyarə ilə hücum etdiyini bildirib.

Hücumlarda can və mal itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Orxan

Gununsesi.info